Çin ABŞ-yə qəti etirazını bildirdi - Pekin və Vaşinqton arasında GƏRGİNLİK
Çin hökuməti Taybeyə (Tayvan) hərbi dəstək göstərilməsini nəzərdə tutan yeni qanun layihələri ilə bağlı Vaşinqtona qəti etirazını bildirib.
Far.Az-in məlumatına görə, bu barədə Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə rəsmi nümayəndəsi Pen Tsinyen bildirib.
"Biz ABŞ Senatının Tayvanla bağlı mənfi məzmunlu qanun layihələrini irəli sürməsinə qəti şəkildə qarşıyıq. ABŞ ilə Çin regionu olan Tayvan arasında hər hansı rəsmi və ya hərbi əlaqələrin qurulmasına tamamilə etiraz edirik," – deyə o, mətbuat konfransında vurğulayıb.
Çin rəsmisinin sözlərinə görə, Pekin ABŞ-dən "bir Çin" prinsipinə və Çin-Amerika razılaşmalarına əməl etməsini, Tayvanı silahlandırmaqdan imtina etməsini və bu istiqamətdə yeni qanun layihələrinin müzakirəsini dayandırmasını tələb edir.
Rəsmi nümayəndə həmçinin qeyd edib ki, Tayvanda hakimiyyətdə olan Demokratik Proqressiv Partiya "müstəqillik" ideyasını güc yolu ilə həyata keçirməyə çalışır, müharibəyə hazırlaşır və xarici qüvvələrdən dəstək dilənərək Tayvanı silahlı qarşıdurma riskinə sürükləyir.
Məlumat üçün bilirək ki, ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsi Tayvana dair dörd qanun layihəsini təsdiqləyib. Bu sənədlər Tayvana silah satışının prosedurlarını sadələşdirməyi və adanı NATO müttəfiqləri ilə eyni prinsiplərlə əməkdaşlıq səviyyəsinə qaldırmağı nəzərdə tutur. Taybey administrasiyası bu təşəbbüsü müsbət qarşılayıb və hərbi təchizatın sürətləndirilməsində maraqlı olduğunu bəyan edib.
Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Həmin il Çin vətəndaş müharibəsində məğlub olan Çan Kayşi rəhbərliyindəki qüvvələr adaya köçərək Çin Respublikasının bəzi atributlarını (bayraq və s.) qoruyub saxlayıblar. Pekin isə Tayvanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab edir və bu mövqe Rusiyanı da daxil olmaqla əksər ölkələr tərəfindən tanınır. ABŞ isə "bir Çin" siyasətini rəsmən qəbul etsə də, Tayvan administrasiyası ilə əlaqələri davam etdirir və adaya mütəmadi olaraq silah satır.
Bu hadisə Çin-ABŞ münasibətlərində yeni gərginlik mərhələsi kimi qiymətləndirilə bilər. Pekin üçün Tayvan məsələsi suverenlik və milli bütövlük prinsipi ilə birbaşa əlaqəlidir, yəni "qırmızı xətt" sayılır. ABŞ isə Tayvanı Asiya-Sakit okean regionunda strateji tərəfdaş və demokratik dəyər daşıyıcısı kimi görür.
Vaşinqtonun bu istiqamətdə atdığı addımlar, xüsusən Tayvana NATO səviyyəsində hərbi əməkdaşlıq imkanı yaratmaq cəhdi, Pekin tərəfindən dolayı şəkildə müstəqilliyə dəstək kimi qiymətləndirilir.
Bu, gələcəkdə iki supergüc arasında diplomatik toqquşmaların artmasına, hətta regionda hərbi gərginliyin yüksəlməsinə gətirib çıxara bilər. Tayvanın silahlandırılması həm də Çin üçün daxili təzyiqləri artırır. Çünki Pekin rəhbərliyi ictimaiyyət qarşısında "bir Çin" prinsipinin pozulmasına reaksiya verməyə məcburdur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güzəştli şərtlərlə mənzil amaq istəynələr üçün YENİ XƏBƏR
-
Bakı Beynəlxalq İncəsənət Festivalında məşhur özbəkistanlı pianoçu iştirak edəcək
-
Bakıda BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalının mətbuat konfransı keçirilib
-
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
-
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
-
Bakıda mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edilib













