KOB klasterin iştirakçısı olmaq istəyən subyektlərin NƏZƏRİNƏ
2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətində ümumilikdə 20-dən çox KOB subyekti birləşəcək. Bu KOB subyektləri təbii meyvə konsentratı və nəqliyyat vasitələrinin mühərrikləri üçün sürtkü yağı istehsal edəcək KOB klaster şirkətlərini müxtəlif mal və xidmətlərlə təmin edəcək.
Far.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Mövcud və gələcəkdə yaradılacaq KOB klaster şirkətlərinin iştirakçısı olmaq istəyən KOB subyektləri müvafiq şirkətlərə, eləcə də əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər ([email protected] elektron poçt ünvanına və ya https://smb.gov.az/az/contact-form/aze-citizen rəsmi internet səhifəsi üzərindən birbaşa).
Qeyd edək ki, KOB klasterinin iştirakçısı olan sahibkarların 7 il müddətinə KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və ya gəlir vergisindən tam azad olunur. "KOB klaster şirkəti şəhadətnaməsi" almış sahibkar isə 7 il müddətinə mənfəət və ya gəlir vergisindən, torpaq və əmlak vergisindən, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur.
KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klaster iştirakçılarının məcmusudur. KOB klasterinin iştirakçısı isə KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və KOBİA tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxslərdir. KOB klasterin iştirakçısı azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektindən ibarət olduğu üçün bu mexanizm iqtisadiyyatın müxtəlif sektorları üzrə KOB-ları bir araya gətirməklə onlar arasında əlaqə yaradır.
KOB klasterin yaradılmasına dövlət dəstəyi, o cümlədən güzəştlər, KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazım olan sənədlər barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-klaster) və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.
Oxşar xəbərlər
KOBİA klasterləşmə təşəbbüsü olan sahibkarlara müraciət edib
Bakıda keçiriləcək aqrar sərgilərdə KOB-lar üçün xüsusi stend qurulacaq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Karabakh" və "Karabakh.ru"səhifəsi artıq 5 ildir ki, dünyaya Qarabağla bağlı həqiqətləri təqdim edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güzəştli şərtlərlə mənzil amaq istəynələr üçün YENİ XƏBƏR
-
Bakı Beynəlxalq İncəsənət Festivalında məşhur özbəkistanlı pianoçu iştirak edəcək
-
Bakıda BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalının mətbuat konfransı keçirilib
-
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
-
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
-
Bakıda mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edilib













