Atasını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Göyçayda atasını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə "Report"a Göyçay Rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, bu il aprelin 29-da Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqı tamamlanıb.
"İstintaqla 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Kamal Əhmədova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, İstintaq tədbirləri nəticəsində cinayət əməli törədilən zaman Kamal Əhmədovun anlaqsız vəziyyətdə olması, habelə cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etməsi müəyyən edildiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb. Məlumata görə, iş üzrə istintaq tamamlanaraq Kamal Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Bakıda mühafizəçini öldürməkdə təqsirləndirilən direktor müavininin istintaqı başa çatıb
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Modelyerin atasını öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsinə şahid məcburi gətiriləcək
Zaqatalada 77 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













