Siyəzəndə məhəllələrdə abadlıq işləri görüləcək - Yarım milyonluq LAYİHƏ
Far.Az xəbər saytı

Siyəzəndə məhəllələrdə abadlıq işləri görüləcək - Yarım milyonluq LAYİHƏ


Siyəzən şəhərinin infrastrukturunun yenilənməsi və şəhər mühitinin daha müasir formada qurulması istiqamətində yeni layihəyə başlanılır.

Far.Az-in məlumatına görə, Siyəzən Rayon İcra Hakimiyyəti şəhərin küçə və məhəllələrində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tender elan edib.

Layihənin ümumi dəyəri 521.138,64 AZN təşkil edir. Yeni abadlıq planına əsasən, şəhərin Bəxtiyar Vahabzadə və Feyyaz Əliməmmədov küçələrində bir sıra mühüm infrastruktur işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bu abadlıq layihəsi Siyəzənin küçə və məhəllə mühitini daha təhlükəsiz, funksional və estetik hala gətirmək məqsədi daşıyır.

Oxşar xəbərlər

Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Yayda səyahət ediləcək sərfəli ölkələr - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər