Həftəsonu istirahətə gedən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Far.Az xəbər saytı

Həftəsonu istirahətə gedən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu istirahətə gedən sürücülərə müraciət edib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur.

İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin yüksəlməsinə səbəb olur.

"Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib. Bununla belə, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir", - Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hərəkət zamanı hava şəraitini və yolun vəziyyətini nəzərə alın, uzun məsafələrdə fasilələrlə hərəkət edin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.

Oxşar xəbərlər

Sürücülərin NƏZƏRİNƏ! - Bu küçədə parklanma LƏĞV EDİLİR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlk dərs günündə Bakı yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb - SİYAHI
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər