Alimlər süni intellektin çox sürətli inkişafından narahatdırlar
Far.Az xəbər saytı

Alimlər süni intellektin çox sürətli inkişafından narahatdırlar


Beynəlxalq alimlər qrupu belə qənaətə gəlib ki, süni intellektin və neyrotexnologiyaların sürətli inkişafı şüurun təbiəti ilə bağlı sualı indiyədək heç olmadığı qədər aktuallaşdırır.

Bu barədə Far.Az "Frontiers in Science" jurnalına istinadən məlumat verir.

Şüur - orqanizmin özünü və ətraf aləmi dərk etdiyi vəziyyətdir. Onilliklərdir aparılan araşdırmalara baxmayaraq, elm hələ də subyektiv təcrübənin bioloji proseslərdən necə yarandığını tam izah edə bilmir.

"Şüur artıq sırf fəlsəfi kateqoriya deyil. Bu, birbaşa tibbi, hüquqi, etik sahələrə və insan varlığının mahiyyətini anlamağımıza təsir edən məsələdir," - deyə Brüssel Azad Universitetinin professoru, tədqiqatın müəlliflərindən biri Aksel Klirmans bildirib.

Alimlər bir neçə fərqli hipotezanı nəzərdən keçirirlər:

Qlobal işçi məkanı nəzəriyyəsi - şüurun beynin müxtəlif sahələrindən gələn informasiyanın birləşməsi nəticəsində formalaşdığını irəli sürür;

İnteqrə olunmuş informasiya nəzəriyyəsi - sistemin hissələri bir-biri ilə sıx əlaqədə və qarşılıqlı təsirdə olduqda onun şüurlu hala gəldiyini qəbul edir.

Yeni tədqiqatda alimlər şüur elminin hazırkı vəziyyətini və insanlığın təkcə şüuru başa düşmək deyil, həm də onu yaratmaq imkanına malik olacağı halda (məsələn, süni intellektdə və ya laboratoriya şəraitində yetişdirilmiş beyin orqanoidlərində) bunun nəticələrinin nələr ola biləcəyini təhlil ediblər.

Müəlliflərin fikrincə, etibarlı şüur testlərinin hazırlanması vacibdir - bu, istər insan, istər heyvan, döl, orqanoid, istərsə də süni intellekt olsun, həmin sistemin şüur əlamətlərinə malik olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək. Belə testlər ağır beyin zədəsi və ya demensiya diaqnozu olan xəstələrdə şüurun səviyyəsini təyin etməyə, həmçinin şüurun döl və ya heyvanlarda nə zaman yarandığını anlamağa kömək edə bilər.

Lakin bu cür kəşflər ciddi etik və hüquqi nəticələr doğura bilər: əgər hər hansı bir sistem şüurlu sayılarsa, cəmiyyət qarşısında mühüm sual yaranacaq - ona necə yanaşmaq lazımdır?

"Şüurun öyrənilməsində əldə olunacaq irəliləyiş insanın özü haqqında, süni intellekt haqqında və təbiətdəki yeri barədə təsəvvürümüzü tamamilə dəyişəcək," - deyə Sasseks Universitetinin professoru Anil Set vurğulayıb.

Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, süni intellekt və beyin interfeysləri ilə bağlı texnologiyalar şüur elminin inkişaf tempindən daha sürətlə irəliləyir və bu, ciddi etik nəticələrə gətirib çıxara bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər