Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub - YENİLƏNİB
Far.Az xəbər saytı

Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub - YENİLƏNİB


Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub.

"Report"un yerli bürosu məlumat verir ki, 2004-cü il təvəllüdlü Adil Eyvazovun ölümünə səbəb onun hündürlükdən yıxılması olmayıb.

Gənc 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq zamanı qəfil özünü pis hiss edib və dünyasını dəyişib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, Adil Eyvazov taekvondo ilə məşğul imiş.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov ehtiyatsızlıq nəticəsində mənzilinin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan gənc hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər