Balakənin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Far.Az xəbər saytı

Balakənin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib


Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.

Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.

Digər saxlanılanlar da korrupsiya cinayətlərində təqsirləndirilirlər.

Oxşar xəbərlər

Dövlət satınalmaları qanunvericiliyinin pozulmasına görə sanksiyaların dəyişdirilməsi ilk oxunuşda qəbul edilib
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin məhkəməsi başlayır
Məhkəmə külli miqdarda rüşvət almaqda təqsirləndirilən sabiq hərbi komissarı azadlığa buraxıb
Hacıqabulda vəhşi heyvan və quşların saxlanıldığı məşhur restoranlarda monitorinq keçirilib
Çağırışçılardan rüşvət almaqda təqsirləndirilən sabiq komissara ittiham elan edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər