"Ulduz Cup"a yekun vurulub
Azərbaycanda 12 yaşadək futbolçular arasında təşkil olunan "Ulduz Cup" beynəlxal turnirinə yekun vurulub.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Ulduz Cup” beynəlxalq futbol turnirinə sentyabrın 6-da yekun vurulub.
Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən turnirdə 5 ölkədən 8 komanda iki qrupda mübarizə aparıb. “A” qrupunda “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA, Şimali Kipr Türk Respublikasının yığma komandası və Quba OİK, “B” qrupunda isə “Dinamo Minsk” (Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayıb.
Turnirin final matçında “Ulduz” Futbol Akademiyasının komandası “Dinamo” (Minsk, Belarus) kollektivi ilə üzləşib.
Rəqibinə 6:0 hesabı ilə qalib gələn “Dinamo” komandası beynəlxalq turnirin qalibi adını qazanıb.
Quba Olimpiya İdman Kompleksində reallaşan tədbirin mükafatlandırma mərasimində çıxış edənlər “Ulduz Cup” beynəlxalq turnirinin ölkədə uşaq futbolunun inkişafına dəstək olacağını bildiriblər.
Çıxışlardan sonra qalib komandaya kubok və medallar təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Prezidentin səfəri: Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













