Təhlükəli virus! Yağış mövsümündə artır
Seneqalda sentyabrın sonunda aşkarlanan Rift Vadisi qızdırması epidemiyası genişlənməyə davam edir.
BAKU.WS xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin son məlumatına görə, indiyədək 381 yoluxma halı qeydə alınıb, onlardan 312 nəfər sağalıb, 29 nəfər isə həyatını itirib.
Nazirliyin açıqlamasında bildirilib ki, oktyabrın 23-də ölənlərin sayı 25 nəfər idi, lakin son günlər vəziyyət daha da pisləşib.
Rift Vadisi qızdırması ilk dəfə sentyabrın 21-də Sent-Luis bölgəsində aşkarlanıb və xüsusilə heyvandarlıqla məşğul olan əhali arasında sürətlə yayılıb. Xəstəliyin adı Afrikanın şərqindəki Böyük Rift Vadisi ilə bağlıdır və virus ilk dəfə 1931-ci ildə Kenyada mal-qara arasında qeydə alınıb.
Bu xəstəlik əsasən ağcaqanad dişləməsi və ya yoluxmuş heyvanların qanı və toxumaları ilə təmas nəticəsində insana keçir. Adətən yüksək hərarət, halsızlıq və əzələ ağrısı kimi yüngül simptomlarla müşahidə olunsa da, bəzi hallarda qaraciyər çatışmazlığı, beyin və ya göz iltihabı kimi ağır fəsadlara yol aça bilər.
Mütəxəssislərin sözlərinə görə, Rift Vadisi qızdırması xüsusilə yağış mövsümündə ağcaqanad populyasiyasının artdığı dövrlərdə daha sürətlə yayılır.
Heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olan icmalar virusun yayılması baxımından ən riskli qruplar hesab olunur.
Qeyd edək ki, Rift Vadisi qızdırması insandan insana keçmir, yalnız heyvanlardan insanlara yoluxur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə edəcək
-
Gökhanla Özge tərəf müqabili oldu
-
Azərbaycan cüdoçuları veteranların dünya çempionatında iştirak edəcəklər
-
İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb
-
Sərnişinlər metro əvəzinə taksini seçirlər - SƏBƏB
-
Xalq artisti ayrıldığı həyat yoldaşından danışdı













