Polad canlananda: "Baku Steel Art 2025" sərgisi Bakıda açıldı
Far.Az xəbər saytı

Polad canlananda: "Baku Steel Art 2025" sərgisi Bakıda açıldı


Azərbaycanın paytaxtı Bakı şəhərində incəsənət və sənaye bir araya gələrək yeni bir yaradıcılıq harmoniyası yaradıb. Daş Salnamə Muzeyinin qarşısında "Baku Steel Art 2025" adlı sərgi izləyicilərin seyrinə verilib.

Sərgi "Fly to Baku. Art Weekend. Sense the Future NOW" ("Bakıya Uçuş. Həftəsonu. Gələcəyi İNDİ Duy") adlı incəsənət həftəsonu çərçivəsində, "Baku Steel Company" QSC-nin (bundan sonra - BSC) və "QGallery" tərəfindən birgə təşkil olunub.

Ekspozisiyada 2024 və 2025-ci illərdə keçirilmiş "Baku Steel Art" beynəlxalq metal simpoziumlarının iştirakçısı olan sənətkarların yaratdığı 27 əsər nümayiş olunur. Sənətkarların yaradıcılığında polad artıq sadəcə bir material deyil, yeni bir məna daşıyıcısıdır. Soyuq metal onların əllərində yaddaşın, təbiətin və texnoloji tərəqqinin rəmzinə çevrilib. Hər bir əsər sənətkarla polad arasında qurulan dialoqdur. Onun sərtliyi və elastikliyi dözümlülüyün, gözəlliyin və fəlsəfi dərinliyin simvollarıdır. BSC-nin dəstəyi sayəsində sənətkarlar yüksək keyfiyyətli material ilə işləyərək onun sənətdəki imkanlarını tam şəkildə reallaşdıra biliblər.

Açılış mərasimində "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva kimi fəxri qonaqlar, eləcə də "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalının iştirakçıları və qonaqları iştirak ediblər.

Bakının tarixi mənzərəsi polad heykəlləri poetik bir enerjiyə bürüyərək izləyiciləri düşünməyə, duymağa və ilhamlanmağa dəvət edir. "Baku Steel Art 2025" sərgisi 30 noyabr 2025-ci ilədək ictimaiyyət üçün açıq olacaq və həm paytaxt sakinləri, həm də qonaqlara sənaye gücünün bədii baxışla necə ahəngdar şəkildə birləşə biləcəyini nümayiş etdirəcək.

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Polad canlananda:

Oxşar xəbərlər

Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Polad incəsənətə çevriləndə - Baku Steel Art" 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər