Azərbaycan şahmatçısı: Avropa çempionatındakı qələbəmi Zəfər Gününə həsr edirəm
Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında qazandığım qələbəmi Zəfər Gününə həsr edirəm.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Avropa çempionatında 14 yaşlı oğlanların kateqoriyasında birinci yeri tutan Azərbaycanın yeniyetmə şahmatçısı Xaqan Əhməd deyib.
"Qitə yarışında oyunlar asan olmadı. Amma ən çətin tur 8-ci partiya idi. Həmin turda ukraynalı rəqiblə mübarizə gərgin oldu, rəqibim güclü idi. Ancaq buna baxmayaraq qalib gəldim.
Yarışda Azərbaycanın Dövlət Himninin səsləndirilməsi məni xüsusi qürurlandırdı. Qarşıma qalib olmağı məqsəd qoymuşdum. Avropa çempionatında 3 medal yaxşı nəticədir. Amma medal daha çox ola bilərdi", - X.Əhməd əlavə edib.
Qeyd edək ki, Azərbaycanın yeniyetmə şahmatçıları Avropa çempionatında 3 medal qazanıblar. 10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xal toplayaraq gümüş medala layiq görülüb. 16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medal qazanıb. 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa çempionatında 3 medal qazanıblar
Xankəndidə Zəfər atəşfəşanlığı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













