VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə mübarizə aparacaqlar
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, üzgüçülərdən Səid Həmidov, Yeqor Maynitski, Abdurrahman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatima Alkaramova, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Vlastilina Xasyauova, Mehri Əbdürrəhmanlı, Anastasiya Boborıkina, həmçinin qız və oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərməyə çalışacaqlar.
Stolüstü tennis üzrə kişilərin fərdi yarışında Hilal Həsənovla Onur Quluzadə, qadınlarda isə Mərziyyə Nurmatova və Zemfira Mikayılova mübarizə aparacaqlar.
Ağırlıqqaldıran Rahilə Hüseynzadə (86 kq) final mərhələsində iştirak edəcək.
Eyni zamanda, Azərbaycan muaytayçıları yarışda çıxışlara start verəcəklər. Xəyal Əliyev (60-65 kq) və Səlahəddin Qocazadə (65-70 kq) qalib adı uğrunda yarışacaqlar.
Karateçilərdən isə Roman Heydərov, Turqut Həsənov və Fatimə Cəbrayılova öz bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan təmsilçiləri indiyədək 29 mükafat (dörd qızıl, doqquz gümüş, 16 bürünc) qazanıblar və ölkə medal sıralamasında altıncı yerdədir.
Oxşar xəbərlər
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
VI İslam Həmrəyliyi Oyunları: İdmançılarımız altı idman növü üzrə yarışa başlayırlar
III MDB Oyunlarında uğurla çıxış edən stolüstü tennisçilər mükafatlandırılıb
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













