18 min manata yaxın aliment borcu olan kişiyə hökm oxundu
Balakəndə aliment borcunu ödəməyən kişiyə hökm oxunub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 35 yaşlı Seymur Qardaşov 2015-ci ildə ailə həyatı qurub. Onun bu evlilikdən 2015-ci və 2018-ci illərdə iki oğlan övladı dünyaya gəlib. Lakin ər-arvad bir müddət mehriban yaşasalar da, sonradan münasibətlərin gərginləşməsinə görə 2019-cu ildə ayrılıblar.
Boşanmadan sonra Seymura tapşırılıb ki, hər övladına görə ayda 130, cəmisi 260 manat aliment ödəsin. Lakin Qardaşov bu öhdəliyi yerinə yetirməyib və onun ümumilikdə 17 420 manat aliment borcu yaranıb.
Bu borca görə, əvvəlcə Seymurun ölkədən çıxışına qadağa qoyulub. Lakin o, yenə də borcu ödəməyib. Bundan sonra Seymurun keçmiş arvadı məhkəməyə üz tutub. Nəticədə Seymur Qardaşov barəsində Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmək) maddəsi ilə cinayət işi açılıb.
Balakən Rayon Məhkəməsinin qərarı ilə Seymur Qardaşova bir il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Oxşar xəbərlər
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın - TƏFƏRRÜAT
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Generalın vəzifədə olan oğlu ilə yanaşı Rəşad Daşdəmirov da HƏBS OLUNDU
-
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
-
"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
-
Bakıda valideynlər məktəbin bağlı qalmasına görə etiraza qalxdılar
-
Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"
-
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib













