Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
Far.Az xəbər saytı

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb


Cari ilin noyabr ayında 10 rayonda vətəndaşlara səyyar ASAN xidmət göstəriləcək.

Bu barədə "Far.Az"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Oğuz, Ağstafa, Şabran, Astara, Ucar və Xırdalanda noyabrın 3-16-da vətəndaşlara səyyar xidmət göstəriləcək.

Həmçinin Xankəndidə noyabrın 3-6-da, Neftçalada 3-13-də, Biləcəridə 12-26-da, Ağdamda 13-26-da, Hacıqabulda isə 17-26-da Səyyar ASAN xidmət baş tutacaq

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Neftçalada fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Xankəndidə Zəfər atəşfəşanlığı
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər