Kamran Əliyev: Beynəlxalq tərəfdaşlarla kibertəhdidlərə qarşı mübarizədə zəruri tədbirlər görülür
Far.Az xəbər saytı

Kamran Əliyev: Beynəlxalq tərəfdaşlarla kibertəhdidlərə qarşı mübarizədə zəruri tədbirlər görülür


Süni intellekt, rəqəmsal və nano texnologiyaların imkanlarından geniş istifadə etməklə tədqiqatların aparılması, iş prosesində reallaşdırılması və bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi fəaliyyətimizin yüksək standartlar səviyyəsində təşkilinə zəmin yaradacaq.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Konstitusiyasının 30 illiyi münasibətilə "Бакинский рабочий" qəzetinə müsahibəsində deyib.

Baş prokuror qeyd edib ki, müasir texnologiyanın inkişafı fonunda ortaya çıxan və əsasən qlobal internet məkanında inkişaf edən yeni növ iqtisadi cinayətlərə, kibercinayətkarlığa və kibertəhdidlərə qarşı mübarizə imkanlarının genişləndirilməsi məqsədilə aidiyyəti qurumlar və beynəlxalq tərəfdaşlarla zəruri tədbirlər görülməkdədir:

"Rəqəmsal sübutların vaxtında toplanması üçün internet-provayderlər və beynəlxalq platformalardan məlumatların alınması tez-tez sərhədlərarası prosedurlara, saxlanma müddətlərinə və şirkət siyasətlərinə bağlı olur".

Kamran Əliyev bildirib ki, prokurorluq orqanları tərəfindən onlayn dələduzluqlar, ödəniş sistemlərinə yönələn hücumlar, uşaqların onlayn istismarı, həmçinin "kriptovalyuta" vasitəsilə pul vəsaitlərinin yuyulması və izlərin gizlədilməsi faktlarına qarşı peşəkar resursların genişləndirilməsi əsas vəzifələrdəndir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər