Husilər Amerikanın “MQ-9 Reaper” dronunu məhv etdiklərini açıqlayıblar
Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının hava hücumundan müdafiə qüvvələri Amerikanın “MQ-9 Reaper” kəşfiyyat və zərbə dronunu vurub.
“Report” xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Ənsar Allah”a məxsus “Al Masirah” telekanalının efirində bildirib.
“Yəmənin hava hücumundan müdafiə sistemləri Amerikaya məxsus “MQ-9” dronunu Marib əyaləti üzərində səmada düşmənçilik hərəkətləri həyata keçirərkən vura bilib”, – Səriya vurğulayıb.
Onun sözlərinə görə, bu, eskalasiya başlayandan bəri üsyançıların Yəmən səmasında vurduğu ABŞ Hərbi Hava Qüvvələrinin bu tipli səkkizinci dronudur.
“Ənsar Allah” sözçüsü qeyd edib ki, husilər ABŞ və Böyük Britaniyanın hərəkətlərinə qarşı çıxmaq üçün “müdafiə imkanlarını gücləndirirlər”.
Oxşar xəbərlər
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Husilər "Sounion" tankerinin yedəyə alınması üçün atəşkəsə razılaşıblar
ABŞ ordusu Yəmənin husilərə məxsus üç pilotsuz təyyarəsini vurub
Müharibə başlayandan bəri ABŞ-dən İsrailə silah daşıyan 500 təyyarə reysi baş tutub
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













