DÇ-2026: Azərbaycan İslandiyaya məğlub olub
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.
Far.Az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublarş
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.
***22:06
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci hissə başlayıb.
Far.Az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar 2:0 hesabı ilə öndədirlər.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
***21:47
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ilk hissə başa çatıb.
Far.Az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
***21:40
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub.
Far.Az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.
39-cu dəqiqədə Sverrir İnqason dəqiq zərbə müəllifi olub.
***21:22
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda hesab açılıb.
Far.Az xəbər verir ki, matçda Albert Qyudmyundsson fərqlənib.
O, 20-ci dəqiqədə adını tabloya yazdırıb.
***21:00
Bakıda 8-ci km qəsəbə stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Azərbaycan- İslandiya qarşılaşması start götürüb.
Far.Az xəbər verir ki, matçı Nikola Dabanoviç rəhbərliyi ilə Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edir.
***20:00
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İslandiya yığmalarının start heyətləri açıqlanıb.
Far.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Emin Mahmudov (k), Abdulla Xaybullayev, Rüfət Abbasov, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə
İslandiya: Elias Olaffson, Mikael Ellerston, Daniel Qrettarson, Sverrir İnqason, Viktor Palsson, Hakon Arnar Haraldsson (k), İsak Youhannesson, Yohan Qudmundsson, Kristian Hlinsson, Andri Qudyonsen, Albert Qyudmyundsson
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün, 8-ci km qəsəbə stadionunda, saat 21:00-da start götürəcək.
Oxşar xəbərlər
DÇ-2026: Azərbaycan - İslandiya oyununda ikinci hissə başlayıb
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
DÇ-2026: Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Tanınmış xanəndə özünə 257 000 AZN-lik avtomobil sifariş edib
-
Maşın qaçırtdı, adam bıçaqladı, faciəli şəkildə öldü - Gəncədəki hadisənin TƏFƏRRÜATI













