Azərbaycan HHQ komandanı təyyarə qəzasında şəhid olan Türkiyə hərbçiləri ilə vida mərasimində iştirak edir
Azərbaycan HHQ komandanı Azərbaycandan Türkiyəyə uçan təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə keçirilən vida mərasimində iştirak edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda qəzaya uğrayan "C-130" yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada Mürted Hava Meydanında keçirilən vida mərasiminə qatılıb.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan "C-130" yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankaradakı Mürted Hava Meydanında vida mərasimi keçirilir. Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti iştirak edirlər. Hərbçilərin 19-u bu gün dəfn ediləcək. Pilot polkovnik-leytenant Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
-
Şəkəri necə mənimsəyirik və bu ömrümüzə necə təsir edir?













