Ayxan Abbasov: "Çox ağır qrupda mübarizə aparırıq"
Far.Az xəbər saytı

Ayxan Abbasov: "Çox ağır qrupda mübarizə aparırıq"


"Çox ağır qrupda mübarizə aparırıq".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Fransa yığma komandaları arasında oyundan əvvəl mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O bildirib ki, səfərdəki oyun çox çətin keçmişdi:

"Səfərdəki oyunda rəqibin dəyişiklikləri və göstərdikləri oyun bizə çox çətinlik yaratdı. Sabah rəqibin heyətində dəyişiklik ola bilər. Onların gənc oyunçuları özünü göstərmək üçün meydana çıxacaqlar. İnanıram ki, komandam yaxşı mübarizə aparacaq. Belə komandalara qarşı oyun bizim üçün yaxşı təcrübədir".

Qeyd edək ki, görüş noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Çempionlar Liqası: "Şkendiya"nı darmadağın edən "Qarabağ" pley-off-a adladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər