Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb - YENİLƏNİB
Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinın Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər.
Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunda evdə yanğın başlayıb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.
Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Cəlilabadda iki azyaşlının olduğu evdə yanğın başlayıb
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“Gənclik Mall”da şərti yanğın söndürülüb - FOTO/VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vətən müharibəsindən sonra 500-ə yaxın hərbçi yüksək texnologiyalı protezlə təmin edilib
-
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib
-
Azərbaycana 330 min manatlıq aksiz markasız tütün məmulatının keçirilməsinin qarşısı alınıb
-
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
-
Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaları təsdiqləyib
-
Komitə: Xəqani parkındakı qanun pozuntusu aradan qaldırılıb