Ayxan Abbasov: "Fransaya 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər"
Far.Az xəbər saytı

Ayxan Abbasov: "Fransaya 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər"


"Fransanın qrupumuzda olması rezonans doğurmuşdu".

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Fransa yığma komandaları arasında oyundan sonra mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O bildirib ki, 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər: "Çətin qrupda yer aldığımızı bilirdik. Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. 0:10 hesablı məğlubiyyəti tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər komandaya qarşı mübarizə aparmaq olar. Futbol da çox sürətlə inkişaf edir. İstəkli olmasan, düzgün oynamasan, təsir edəcək. Dörd matçda taktiki baxımdan oyunçularda irəliləyiş var. Futbolçulara inam da gəlib".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Fransanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər