Far.Az xəbər saytı
Far.Az xəbər saytı
Şəkidə 85 yaşlı kişi evdə yanaraq ölüb
Şəkidə 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb.
Far.Az APA-ya istinadən xəbər verir ki, gecə saat 02 radələrində rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə. Xasiyevin yanmış meyiti aşkar olunub.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə İlham Əliyevi təbrik edib
-
Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
-
Hikmət Hacıyev: "Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını bariz şəkildə görürük"
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar













