"Haber Global": "Tramp Avropada nüvə silahları yerləşdirdi, müharibə Almaniyada başlayacaq"
"Almaniyanın Reynland-Pfalts bölgəsindəki Bühel Hava Bazasında, təxminən, 20 ədəd "B61-12" nüvə hidrogen bombasının yerləşdiyi təxmin edilir. Bu bombalar yaxınlarda hərtərəfli modernləşdirmə prosesindən keçib və hazırda tam əməliyyat hazırlığında saxlanılır.
Digər diqqətəlayiq məqam Almaniya daxilində çoxsaylı gizli sığınacaq obyektlərinin mövcudluğudur. ABŞ zəruri hallarda bu strateji yerlərə yeni nüvə silahlarını sürətlə yerləşdirə bilər. Mütəxəssislər ABŞ-nin təkcə Almaniyada deyil, bütün Avropada, təxminən, 100 nüvə silahı saxladığını iddia edirlər".
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalı "ABŞ-nin Almaniyadakı nüvə silahları partlasa, nə baş verəcək?" sualını araşdırarkən bildirib.
"İndi 1945-ci ilə qayıdırıq. İkinci Dünya müharibəsindən sonra Almaniyaya Stalinin rəhbərliyi altında Sovet İttifaqının orduları, ABŞ və müttəfiq qüvvələri müdaxilə etdilər. Tezliklə Almaniya Şərqi və Qərbi hissəyə bölündü. 1989-cu ildə yıxılan məşhur Berlin Divarı bu bölünmənin simvoludur", - "Haber Global"ın müxbiri Güngör Yavuzaslan vurğulayıb.
Qeyd olunur ki, ictimaiyyətin diqqətini az cəlb edən başqa bir məsələ də o idi ki, təxminən, beş il ərzində Qərbi Almaniya, yəni o dövrdə Federativ Almaniya, ABŞ hərbi generalı tərəfindən idarə olunurdu. Bildirilir ki, həmin vaxtdan Avropadakı ən böyük ABŞ hərbi bazası Almaniyada yerləşir.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc













