Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB
Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşüb.
“Far.Az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə “Hidrogen Bəyannaməsi”nin COP29 Sədrliyinin enerji təşəbbüslərindən biri olduğu, ölkəmizdə hazırda hidrogen strategiyasının hazırlandığı və dənizdə külək enerjisi əsasında hidrogen istehsalı və ixracını nəzərdə tutan layihələr barədə məlumatlar verilib.
COP zamanı hidrogen mövzusunda tədbirlərdə iştirak və əməkdaşlıq imkanları müzakirə edilib. COP-da uğurlu nəticə əldə etmək üçün Hidrogen Şurasının maraqlı dairələrin cəlbi istiqamətində dəstəyi təklif olunub.
Azərbaycan ilə Hidrogen Şurasının əməkdaşlıq imkanları dəyərləndirilib.
“Far.Az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
Nazir bildirib ki, Braziliyada G20 tədbirləri çərçivəsində Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşü olub.
“Hidrogen Bəyannaməsi” təşəbbüsü, hidrogen istehsalı-ixracı üzrə layihələrimizdən danışdıq və Şura ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik”, deyə P. Şahbazov qeyd edib.
Braziliyada tədbirləri çərçivəsində Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşümüz oldu. “Hidrogen Bəyannaməsi” təşəbbüsü, istehsalı-ixracı üzrə layihələrimizdən danışdıq və Şura ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik.
— Parviz Shahbazov (@ParvizShahbazov)
Oxşar xəbərlər
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - YENİLƏNİB
Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropa İttifaqının strateji marağındadır”
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib
Azərbaycan Aİ ilə “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
-
Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək













