Kürdəmirdə Toxum Sərgi-Satış Yarmarkası keçirilib
Kürdəmir rayonunda ölkə üzrə mövsümün son Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mövsümün son Toxum Sərgi-Satış Yarmarkası, növbəti Aqrar Biznes Festivalı və "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" panel müzakirəsi keçirilib.
Kürdəmir Olimpiya İdman Kompleksinin ərazisində təşkil olunan tədbirdə fermerlər, toxumçuluq təsərrüfatlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin əsas istiqamətlərindən biri olan Toxum Sərgi-Ssatış Yarmarkasında fermerlərə sertifikatlı toxum nümunələri təqdim olunub və toxumların satışı həyata keçirilib. Fərdi və özəl toxumçuluq subyektlərinin nümayəndələri tərəfindən təqdim olunan toxum sortlarının xüsusiyyətləri, becərilmə qaydaları və məhsuldarlıq potensialı barədə məlumat verilib.
Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elşən Həsənli tədbirdəki çıxışında rayonun kənd təsərrüfatı potensialına, aqrar istehsalın inkişafı və fermerlərin fəaliyyətinin dəstəklənməsində bu cür tədbirlərin əhəmiyyətinə toxunub. Qeyd edib ki, Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkaları yerli istehsalçıların məhsullarının tanıdılması, fermerlərin keyfiyyətli toxumlara və müasir aqrar texnologiyalara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında Mərkəzin bölgələrdə həyata keçirdiyi tədbirlərin əsas məqsədinin aqrar yeniliklərin fermerlərə çatdırılması, müasir texnologiyaların tətbiqinin təşviqi və kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi olduğunu bildirib. O, cari dövrədək bölgələrdə 100-dən artıq Aqrar Biznes Festival, o cümlədən toxum sərgi-satış yarmarkası, məhsul festivalının keçirildiyini qeyd edib.
Tədbir çərçivəsində mövsüm ərzində təşkil olunan toxum sərgi-satış yarmarkalarında fəal iştirak edən toxumçulara təşəkkürnamələr təqdim edilib.
Həmçinin Kürdəmir rayonunda İcra Hakimiyyətinin inzibati binasında "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsində Nazirliyin müvafiq struktur bölmələrinin və tabeli qurumlarının, Aqrar Sığorta Fondunun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər qurumların nümayəndələri iştirak ediblər.
Panel müzakirəsində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın əsas hədəf və prioritetləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, aqrar istehsalın və emalın inkişafı, məhsuldarlığın artırılması, fermerlərin dəstəklənməsi və kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi məsələləri müzakirə olunub.
Bununla yanaşı, panel iştirakçıları təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, fermer və sahibkarlara təqdim olunan xidmətlər, mövcud dövlət dəstəyi mexanizmləri və müraciət imkanları barədə məlumatlar təqdim ediblər. Aqrar kreditləşmə və güzəştli maliyyələşmə, aqrar sığorta, toxumçuluq və bitkiçilik, heyvandarlıq, qida təhlükəsizliyi, suvarma və meliorasiya, eləcə də kənd yerlərində məşğulluğun təşviqi məsələləri ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 2026-cı il ərzində 7 iqtisadi rayonu əhatə etməklə ölkənin 16 rayonunda toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkaların təşkil olunduğu rayonlardan 15-i Dövlət Proqramında buğda bitkisi üzrə ixtisaslaşmış 22 rayonun siyahısına daxildir.
Həmçinin yarmarkalarla paralel olaraq, müvafiq rayonlarda fermer və sahibkarların aqrar sahədə tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması məqsədilə "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" panel müzakirələri də keçirilib.
"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın əsas hədəf və prioritetləri barədə məlumatlılığın artırılması və təşviqi məqsədilə ixtisaslaşmış rayonları əhatə edən növbəti panel müzakirələrinin Salyan, Şabran və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulur.
YENİLƏNİR
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakı bulvarında Çay Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib













