Sabah Sumqayıtın bəzi ərazilərində su olmayacaq
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində su təchizatı müvəqqəti dayandırılacaq.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsindən bildirilib.
Qeyd edilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq.
Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin "Qızılqum" yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər Sülh küçəsi, Xəzər sahili küçələri, eləcə də 1, 3 və 4-cü mikrorayonların bir hissəsi, 8, 9 və 10-cu mikrorayonlarda müşahidə olunacaq və təqribən 30 min abonenti əhatə edəcək.
Suyun verilişi təmir işləri başa çatdıqdan sonra tədricən bərpa olunacaq.
Oxşar xəbərlər
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən baxımsız mədəniyyət evi
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakının bu ərazilərində içməli su və kanalizasiya xətləri yenilənir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış bloger Nəcibə Əhmədinin toyu olub
-
"Caspian International"ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş
-
Gələn ilin büdcəsi I oxunuşda qəbul edilib
-
Keçmiş bankirin oğlu yenidən həbs olundu - yarım milyonluq DƏLƏDUZLUQ
-
Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi
-
Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb













