Nazir: "Azərbaycanda meyvəçilik və giləmeyvəçilik bağlarının salınmasına üstünlük veririk"
Bir hektar meyvə bağı bir hektar taxıl və ya bəzi dənli bitki sahəsindən daha çox gəlir gətirir.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi son illərdə meyvəçilik və giləmeyvəçilik bağlarının salınmasına üstünlük verir: "Bu siyasət nəticəsini və bəhrəsini verməyə başlayır. Belə ki, son 5 ildə 30 min hektardan çox yeni intensiv meyvə bağları salınıb. Bundan başqa, bağçılıq və uzunmüddətli əkinlərin ölkənin əkin strukturundakı payı artmağa başlayıb. Sirr deyil ki, fermerlər üçün 1 hektar meyvə bağı 1 hektar taxıl və ya bəzi dənli bitki sahəsindən daha çox gəlir gətirir".
Nazir əlavə edib ki, bu baxımdan həm çəyirdəkli, həm tumlu meyvələr daxil olmaqla, meyvə bağlarının salınması, genişləndirilməsi diqqətəlayiq haldır.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Hacıqabulda Zəfər Bağı salınıb
Ermənistanın iqtisadiyyat naziri Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl tədarük edildiyini açıqlayıb
Azərbaycan 2024-cü ildə Rusiyaya pomidor tədarükünü 6,7 % artırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













