Şəhərin mərkəzində qanunsuz parklanma: "Buranı özbaşına açmışam"
Paytaxtın Nəsimi rayonu, Mehdi Mehdizadə küçəsində yolun kənarındakı qapalı bir ərazidə qanunsuz parklanma yeri təşkil olunub.
Baku TV həmin ərazidə çəkiliş aparıb. Çəkiliş zamanı qanunsuz parklanma yerinin nəzarətçisi oranı icazəsiz açdığını etiraf edib.
"Buranı özbaşına açmışam, hamı edə bilməz. Ərazi mənimdir, müvəqqəti parklanma xidməti təşkil etmişəm. Burada tikinti işləri aparılacaq. O zaman ərazidən çıxacağıq", - o söyləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonu, Mehdi Mehdizadə küçəsində avtomobil parklanması üçün qanunsuz zəbt edilən ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:
"Qanunsuz parklanma yeri təşkil edən şəxslərlə profilaktik iş aparılmaqla onlar barəsində qanunauyğun tədbir görülüb. Qeyd edək ki, parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ durumların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən və sözügedən xidməti göstərən, həmçinin bununla bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə SU OLMAYACAQ
-
Alyona Əliyeva Lənkəranda Baytarlıq Klinikasının açılışı ilə bağlı paylaşım edib
-
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
-
Antonio Konte: "Qarabağ" Çempionlar Liqasının sürpriz komandasıdır
-
Gəncədə yeniyetmə bıçaqlanıb
-
"Qarabağ"ın ÇL-dəki oyununa məşhur hakim təyin olundu













