Dumanlı hava ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirildi
Far.Az xəbər saytı

Dumanlı hava ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirildi


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt sürücülərinə müraciət edərək hava şəraitinə görə yollarda tətbiq edilən məhdudiyyətlərlə bağlı məlumat yayıb.

Far.Az mərkəzə istinadən xəbər verir ki, hazırda müşahidə olunan sıx duman səbəbindən Zığ dairəsi–Hava Limanı yolunun bəzi zolaqlarında sürət həddi 20 km/saatadək azaldılıb.

Bununla bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib və "dumanlı yol" xəbərdarlıq işarəsi aktivləşdirilib.

Sürücülərdən təhlükəsizliyi təmin etmək üçün yeni sürət həddinə ciddi şəkildə riayət etmələri xahiş olunur.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Zığ dairəsi – Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB
Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər