Nazir: Gələn il DSMF əhaliyə builikindən 8 milyard manatdan çox vəsait ödəyəcək
Gələn il Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhaliyə builikindən 8 milyard manatdan çox vəsait ödəyəcək.
BAKU.WS xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.
A.Əliyev qeyd edib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur:
"Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.
Gələn il əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür".
Nazir həmçinin xatırladıb ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır:
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulub".
Qeyd edək ki, DSMF-nin 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"McDonald's Azərbaycan" və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşkil edib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış bloger Nəcibə Əhmədinin toyu olub
-
"Caspian International"ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş
-
Gələn ilin büdcəsi I oxunuşda qəbul edilib
-
Keçmiş bankirin oğlu yenidən həbs olundu - yarım milyonluq DƏLƏDUZLUQ
-
Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi
-
Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb













