Mikayıl Cabbarov: "Azərbaycan son 5 ildə qeyri-neft-qaz ixracını 2 dəfə artırıb"
Far.Az xəbər saytı

Mikayıl Cabbarov: "Azərbaycan son 5 ildə qeyri-neft-qaz ixracını 2 dəfə artırıb"


2019-2024-cü illərdə Azərbaycanın illik qeyri-neft-qaz ixracının dəyəri iki dəfə artaraq 3,4 milyard ABŞ dolları olub, ixrac olunan əmtəə sayı isə 15 % artaraq 2 810-a çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, neft-qaz qiymətlərinin və hasilatının azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib: "​2022-2024-cü illərdə xarici ticarət balansında isə, Dövlət Neft Fondunun qızıl, idxal, istisna olmaqla, orta illik hesabla 16 milyard ABŞ dolları məbləğində müsbət saldo olmuşdur. Qeyri-neft-qaz xidmətləri ixracı 45%-ə qədər artaraq 6,5 milyard ABŞ dollarını ötüb.

​2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb. Qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artıb. Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40 %-dən, 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52 %-ə yüksəlib. Və 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57 % nəzərdə tutulub".

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mikayıl Cabbarov: "Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ildən 50 milyard dollar səviyyəsində sabitləşib"
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 26 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər