Kuşner hesab edir ki, Avropa Rusiya-Ukrayna danışıqlarında iştirak etməlidir
Far.Az xəbər saytı

Kuşner hesab edir ki, Avropa Rusiya-Ukrayna danışıqlarında iştirak etməlidir


ABŞ-nin xüsusi elçisi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli üçün avropalıların danışıqlar prosesinə cəlb olunmasını istəyir.

"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Trampın kürəkəni bu barədə Amerika, Ukrayna və Rusiya arasında Əbu-Dabidə başa çatan üçtərəfli danışıqları şərh edərkən deyib.

"Danışıqlar masasında avropalılara ehtiyacımız var", - nəşr Kuşnerin sözlərini istinad gətirib. Xüsusi elçinin sözlərinə görə, Vaşinqton dəfələrlə Moskvaya Avropanın iştirakının vacib olduğunu bildirib.

"Əgər Avropa onların adından danışacaq bir nəfəri müəyyən edə bilsəydi, bu, rusiyalıları danışıqlar prosesinə daxil etməyə inandırmaqdan daha böyük bir nailiyyət olardı", - o qeyd edib.

Rusiya, Ukrayna və ABŞ-nin iştirak etdiyi üçtərəfli danışıqlar 10-11 noyabrda Əbu-Dabidə baş tutub.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Elçinin anım mərasimində qəbirüstü abidəsinin açılışı olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər