Bakıda yataqxanada YANĞIN - 3 nəfər təxliyə edilib
Far.Az xəbər saytı

Bakıda yataqxanada YANĞIN - 3 nəfər təxliyə edilib


Bakıda yataqxanada yanğın olub.

Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən otaqda baş verdiyi müəyyən olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın genişlənərək digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 18kv.m olan bir otağın və eyvanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Digər otaqlar yanğından mühafizə edilib.

Xilasedicilər tərəfindən hadisə zamanı 3 nəfər bina sakini təxliyə edilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər