ABŞ və Çin rəsmiləri iqlim dəyişikliyi ilə mübarizəni müzakirə ediblər
Far.Az xəbər saytı

ABŞ və Çin rəsmiləri iqlim dəyişikliyi ilə mübarizəni müzakirə ediblər


Çinlə ABŞ arasında iqlim fəaliyyəti üzrə işçi qrupu sentyabrın 4-6-da Pekində görüşüb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən enerjiyə keçid sahələrində (qlobal enerjinin kömürdən, neftdən, qazdan daha ekoloji cəhətdən təmiz yanacağa ötürülməsi) bu günə qədər əldə edilmiş irəliləyişi, dairəvi iqtisadiyyat prinsiplərinin həyata keçirilməsi, resurslardan istifadənin səmərəliliyinin artırılması, karbon emissiyalarının azaldılmasını müzakirə ediblər.

Pekin tərəfdən görüşdə Çin hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Lyu Çjenmin, Amerika tərəfdən isə ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Podesta iştirak edib. İşçi qrupun ilk iclası 2024-cü ilin yanvarında videokonfrans vasitəsilə keçirilib.

Oxşar xəbərlər

COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək - FOTO - ANALİZ 
Con Podesta: ABŞ və Çin COP29 çərçivəsində keçiriləcək iqlim danışıqlarını müzakirə edib
COP29 Məlumat Mərkəzində “Ekoloji təmiz həyat tərzinə keçid” adlı tədbir keçirilib - FOTO
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər