İslamiadada qızıl medal qazanan Jalə Əliyeva: "Yarışa çox ciddi hazırlaşmışdım, finalda qalib gəlmək çox sevindiricidir"
Far.Az xəbər saytı

İslamiadada qızıl medal qazanan Jalə Əliyeva: "Yarışa çox ciddi hazırlaşmışdım, finalda qalib gəlmək çox sevindiricidir"


"Finalda qalib gəlmək çox sevindiricidir".

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan güləşçisi Jalə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışa ciddi hazırlaşdığını bildirib:

"Yarışa çox ciddi hazırlaşmışdım. Mənə dəstək olan azarkeşlərə, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Çempionluğumda əməyi olan məşqçilərimə də minnətdarlığımı çatdırıram. Bu il 2 dəfə ağır zədə almışıdm. Ona görə tam istədiyim kimi çıxış edə bilmirdim. Bununla belə, sonda qalib gələn tərəf oldum. Final görüşüm çox çətin keçdi".

Qeyd edək ki, Jalə Əliyeva həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Süleymana 6:2 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər