Günəşdən nəhəng ölçüdə protuberans ayrıldı - ANBAAN VİDEO
Alimlər noyabrın 20-nə keçən gecə Günəşdə nəhəng protuberansın - "çar-protuberansın" formalaşması və ondan ayrılması prosesini müşahidə ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKI RAN) Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislər bildiriblər ki, ölçülərinə görə bu protuberans "1946-cı ilin əfsanəvi Grand Daddy protuberansı"ndan o qədər də geri qalmır. Qopma anında kosmik strukturun ölçüsü bir milyon kilometri keçib. Bu isə Yer kürəsinin diametrindən 80 dəfə böyükdür.
Alimlərin sözlərinə görə, bu proseslərin mənbəyi hazırda Günəşin Yer üçün görünməyən arxa tərəfindəyerləşir.
Bundan əlavə, üç gün əvvəl həmin sahədən böyük plazma buludu da kosmosa atılıb və 21 noyabrdaGünəşdən 230 milyon kilometr uzaqlıqda olan 3I/ATLAS obyektinə çarpacağı ehtimal olunur.
Mütəxəssislər qeyd ediblər ki, hər iki hadisə "eyni 4274 mərkəzi ilə bağlı ola bilər". Həmin aktiv sahə ötən həftə Yerə tərəf yönəlmiş vəziyyətdə olarkən X5.1 və X4.0 sinifli ilin iki ən güclü alışmasını yaratmışdı və indi Günəşin görünməyən hissəsindədir.
3I/ATLAS adlı obyekt Günəş sisteminə iyul ayının əvvəlində daxil olub. Tədqiqatçılar onun mümkün süni mənşəyə malik ola biləcəyini istisna etmirlər. Hesablamalara əsasən, kosmik obyekt hazırda saniyədə təxminən 60 km sürətlə hərəkət edir və Günəşə yaxınlaşdıqca sürət artacaq.
Astronomların dəqiq proqnozuna görə, Günəşin arxa tərəfindən 17 noyabrda qeydə alınmış böyük plazma atımı 21 noyabr saat 16:00-da (Bakı vaxtı ilə) 3I/ATLAS obyektinə çata bilər.
NASA-nın alimləri isə bildirirlər ki, həmin obyekt nə Yerə, nə də Günəş sisteminin digər planetlərinə heç bir təhlükə yaratmır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bloger Aysel Şükür həyat yoldaşından ayrıldı
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













