"Epşteyn işi" ilə bağlı sənədlər 30 günə açıqlanacaq
Far.Az xəbər saytı

"Epşteyn işi" ilə bağlı sənədlər 30 günə açıqlanacaq


ABŞ Ədliyyə Nazirliyi 30 gün ərzində mərhum Ceffri Epşteynlə bağlı sənədləri açıqlayacaq.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pam Bondi Konqres materialların açıqlanmasına demək olar ki, yekdilliklə səs verdikdən sonra Vaşinqtonda keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Agentlik qeyd edib ki, bu material Epşteynin azyaşlıları fahişəliyə cəlb etməkdə təqsirli bilindiyi 2008-ci ildən əvvəlki fəaliyyətinə aydınlıq gətirə bilər.

Bondinin sözlərinə görə, departament sənədlərdə adı keçən bütün seksual alver qurbanlarının şəxsiyyətini də qoruyacaq: "Biz bundan sonra da qanunlara əməl edəcəyik və maksimum şəffaflığa çalışacağıq".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər