Ekspert: "Tam orta məktəb modelinin genişləndirilməsi repetitorluğa ehtiyacı azalda bilər"
"Tam orta məktəb modeli dəstəklənməlidir. Bu, maddi imkanları zəif olan ailələr üçün effektiv olacaq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev deyib.
O bildirib ki, tam orta məktəb modelinin əhatəliliyinin artırılmasından sonra abituriyentlərin repetitor və hazırlıq kurslarına getməsinə ehtiyac qalmaya bilər:
"Layihə ideal formada, bütün çatışmazlıqlar nəzərə alınaraq həyata keçirilərsə, bunun faydasını görəcəyik. Məktəblərdə 10 və 11-ci siniflər üçün nəzərdə tutulmuş tədris proqramı universitetlərə qəbul olmaq üçün yetərli deyil. Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul proqramı ilə uyğunlaşmır. Universitetə hazırlaşanlar isə 7-ci, 8-ci və digər aşağı siniflərin proqramını mənimsəmək üçün hazırlıq kurslarına gedirlər. Buna görə də layihə həyata keçirilərkən repetitorluq sahəsində uğur qazanmış müəllimlərin prosesə cəlb edilməsi vacibdir. Onların maaşları artırılmalı, nəqliyyat və digər məsələlərdə dəstək göstərilməlidir. Əgər sistemdəki problemlər aradan qaldırılmayacaqsa və yanaşma kurikulumdakı kimi olacaqsa, ayrılan maliyyə boşa gedəcək. Həmçinin modeli tətbiq etmək üçün DİM-lə əməkdaşlıq vacibdir. Çünki modeldəki proqramla DİM-in yanaşması eyni olmalıdır. Əks halda şagirdlər yenidən hazırlıq kurslarına üz tutacaqlar. Lakin bu fonda repetitorluğu tamamilə ləğv etmək də olmaz. Onların təhsil sistemində payı böyükdür və birdən-birə ləğvi universitetə qəbullarda ciddi problemlər yaradacaq".
Ekspert bildirib ki, modelin tətbiqi üçün 10 və 11-ci siniflərin tədris proqramlarında müəyyən dəyişikliklər edilə bilər:
"Həmçinin sözügedən layihənin təmayül məktəblərindən fərqi ondan ibarətdir ki, şagirdin əlavə vaxtı qalır. Təmayül məktəblərində, xüsusən də lisey və gimnaziyalarda yataqxana və qidalanma təmin edilir. Amma tam orta məktəb modelində şagird dərsdən sonra evinə qayıdacaq. Ayrıca onlar qruplara bölünərək qəbul imtahanının proqramına uyğun dərs keçəcəklər. Düzdür, model barədə tam məlumat açıqlanmayıb. Güman ki, 10 və 11-ci siniflərin tədris proqramında dəyişiklik ediləcək və onlar DİM-in imtahanlarına uyğunlaşdırılacaq. Bütün bunlar şagirdlərin əlavə hazırlıqlara getmədən universitetə hazırlaşmasına şərait yaradacaq. Eyni zamanda şagirdlər məktəbdən yayınmayacaqlar, çünki repetitor yanına getməyəcək və dərsə daha çox vaxt ayıracaqlar".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bu gün 54 247 abituriyent üçün imtahan keçirilib
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dörd işçinin ölümündə təqsirləndirilən "Lake Hotel"in icarədarı həbs edilib
-
Vahid Əziz: "Böyük bir xəcalətdən yaxa qurtardıq"
-
Məsud Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
-
Bakıda soyğunçuluq edən şəxsi polis saxladı
-
İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qələbə qazandı
-
Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib













