Mikayıl Cabbarov: "Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar"
Azərbaycan güləşçiləri 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Qurum rəhbəri VI İslam Həmrəyliyi Oyunlarında medal qazanmış güləşçiləri təbrik edib:
"Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar. Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal (2 qızıl, 5 gümüş və 4 bürünc) qazandı. Bu nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, növbəti ildə uğurların davamını diləyirik".
Qeyd edək ki, İslamiadada Azərbaycan güləşçilərindən Jalə Əliyeva və Arseniy Djioyev qızıl, Həsrət Cəfərov, Murad Əhmədiyev, Ruzanna Məmmədova, İslam Bazarqanov, Ağanəzər Novruzov gümüş, Elnurə Məmmədova, Nigar Mirzəzadə, Maqomedxan Maqomedov, Giorgi Meşvildişvili bürünc mükafata sahib çıxıblar.
Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 22, 2025
Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal qazandı — 2 qızıl, 5 gümüş və 4 bürünc.
🥇 Çempionlarımız: Jalə Əliyeva, Arseniy… pic.twitter.com/d882xV3vYf
Oxşar xəbərlər
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı İslamiadada gümüş medal qazanıb
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb













