Dişləri çürüyənlərin həyatı təhlükədədir - Həkimlərdən XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Dişləri çürüyənlərin həyatı təhlükədədir - Həkimlərdən XƏBƏRDARLIQ


Londonun "Guy"s and St Thomas NHS Foundation Trust" klinikasında 65 pasiyent üzərində aparılan araşdırma göstərib ki, diş problemləri qandakı şəkərin səviyyəsini yüksəldə bilər.

İltihablı pulpadan (diş sinirindən) yayılan infeksiya qan damarlarına daxil olur, orada iltihabı gücləndirir və bununla da qan göstəricilərinə mənfi təsir göstərir.

Far.Az-in The Guardian-a istinadla verdiyi məlumata görə, alimlər vurğulayırlar ki, qandakı şəkərin səviyyəsini normal saxlamaq və onu azaltmaq üçün dişlərin vaxtında müalicəsi vacibdir. Bu, bakteriyaların qana keçməsinin qarşısını alır. Ağız boşluğunun sağlamlığının qorunması diabet və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.

"Bu, sadəcə bir diş problemini aradan qaldırmaq deyil. Belə müalicələr pasiyentin ümumi vəziyyətinə uzunmüddətli təsir göstərir - xüsusilə də xroniki xəstəliklərin, o cümlədən ürək-damar xəstəlikləri və diabet riskinin azalması baxımından", – deyə London Kral Kollecinin (King"s College London) həkimi Sadiya Niyazi qeyd edib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Kariyesin diabet, insult və sonsuzluqla əlaqəlidir
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər