SOCAR "Itochu" ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiyanın "Itochu" Korporasiyası ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib.
Far.Az xəbər verir ki, bununla bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "Itochu" Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə keçirdiyi görüşdə baş tutub.
Söhbət zamanı SOCAR ilə "Itochu" Korporasiyasının birgə iştirakı ilə icra olunan layihələrə dair fikir mübadiləsi aparılıb. Tərəflər neft-qaz hasilatı və nəqli, enerji infrastrukturu, sənayedə müasir texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi, aparılan səmərəli müzakirələrin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Bu xüsusda, cari ilin sentyabrında Tokio şəhərində keçirilən Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası məmnunluqla xatırlanıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













