Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Far.Az xəbər saytı

Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub


Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 il, Elçin Əzizov isə 10 il müddətə azadlıqdan məhrum ediliblər.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Terroru maliyyələşdirməkdə təqsirləndirilənlər: "Pulu sədəqə məqsədilə karta köçürmüşəm"
Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin növbəti məhkəmə prosesi keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
DTX-nin təqsirli bildiyi şəxslərin Suriya ilə nə əlaqələri olub? - MƏHKƏMƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər