"Napoli" - "Qarabağ" oyununda ikinci qol vurulub
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı arasındakı fərqi artırıblar - 2:0.
72-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
***01:25
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk qol vurulub.
BAKU.WS xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.
66-cı dəqiqədə Skott Maktominey adını tabloya yazdırıb.
***01:04
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" -"Qarabağ" matçında ikinci hissə başlayıb.
BAKU.WS xəbər verir ki, ilk hissədə qapılara qol vurulmayıb.
***01:00
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunnun oyununda ilk hissə başa çatıb.
BAKU.WS-in məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionundakı matçın ilk yarısında hesab açılmayıb.
***00:00
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda turunda "Napoli" və "Qarabağ" komandaları arasında matç başlayıb.
BAKU.WS-in məlumatına görə, matç "Stadio Diego Armando Maradona" stadionunda keçirilir.
Qarşılaşmanı polşalı hakim Şimon Marçinyak idarə edir. Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edirlər.
Dördüncü hakim funksiyasını Voyçex Mik yerinə yetirir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
UEFA Çempionlar Liqası: "Şkendiya"nı darmadağın edən "Qarabağ" pley-off-a adladı
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
Çempionlar Liqası: "Qarabağ" "Benfika" səfərində tarixi qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













