Eduard Məmmədov Əbu-Dabidə keçirilən dünya çempionatında iki qızıl medal qazanıb
Far.Az xəbər saytı

Eduard Məmmədov Əbu-Dabidə keçirilən dünya çempionatında iki qızıl medal qazanıb


Kikboksinq üzrə Dünya və Avropa çempionu Eduard Məmmədov 21-30 noyabr tarixlərində Əbu-Dabidə keçirilən kikboksinqin WAKO versiyası üzrə Dünya çempionatında iki qızıl medal qazanıb.

BAKU.WS xəbər verir ki, "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində kikboksinqin "Light Contact" və "Kick Light" növlərində yarışlara qatılan E.Məmmədov hər iki versiya üzrə iki qızıl medal qazanıb.

"Light Contact" növündə Böyük Britaniyanın Singh Gurmare, Portuqaliyanın Cortes Emanuel,

İtaliyanın Simone Calogeronu, "Kick Light" növündə isə İsveçli Ahlvarsson Ola, Kanadalı Gallant Benjamin, İtaliyanı bu növdə də təmsil edən Simone Calogero üzərində qalib gəlib.

Beləliklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan kikboksinq Fedarasiyasının vitse-prezidenti ümümən Wako üzrə 10-cu dəfə dünya çempionu olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Olimpiya Komitəsində WAKO rəsmiləri ilə görüş olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyədə bıçaqlanan Araz Musayev: "Federasiya Azər Həsənsoyun atasının malı deyil"
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər