Bakıda iş yoldaşını stəkanla öldürən şəxsə ağır cəza istənildi
Bakıda iş yoldaşının başından stəkanla vurub onu öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxışı zamanı təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Zərərçəkənin hüquqi varisi isə ona daha ağır cəzanın verilməsini məhkəmədən xahiş edib. Müdafiə vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses dekabrın 5-nə təyin edilib.
Xatırladaq ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə, M.Abdullayev mübahisə zəminində masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













