Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, xəsarət alan var
Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Far.Az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Hadisə bu gün saat 06:00 radələrində baş verib.
Məlumata görə, E.Abdullayev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi "VAZ" markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən "KİA" markalı avtomobillə toqquşub, nəticədə A.Quliyev xəsarət alıb. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır", məlumatda deyilir.
Oxşar xəbərlər
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan qadınların ADLARI
Dövlətə məxsus nəqliyyat vasitələri min manatdan başlayan qiymətlərlə satışa çıxarılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













