Səfərbərlik Xidmətində 158 qanunsuz hərəkət aşkarlanıb, 9 nəfər işdən çıxarılıb
Far.Az xəbər saytı

Səfərbərlik Xidmətində 158 qanunsuz hərəkət aşkarlanıb, 9 nəfər işdən çıxarılıb


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə idarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev cari ildə xidmətin fəaliyyətinə nəzarət nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, 2023-cü ildə əməkdaşların əməlində 78, 2024-cü ildə 249, 2025-ci ilin 11 ayında isə 158 qeyri-qanuni hərəkət aşkarlanıb. Bu faktlarla bağlı müxtəlif inzibati tənbeh tədbirləri görülüb, ümumilikdə 9 əməkdaş tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb. Eyni zamanda, üç il ərzində ümumilikdə yüzlərlə fakt araşdırılması üçün prokurorluq orqanlarına göndərilib.

Səfərbərlik Xidmətində 158 qanunsuz hərəkət aşkarlanıb, 9 nəfər işdən çıxarılıb

Görüş iştirakçılarına xidmətin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində aparılan işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, rəqəmsal texnologiyaların tətbiqi nəticəsində vətəndaşlar artıq hərbi məlumatlarına "mygov" platforması üzərindən asan və təhlükəsiz şəkildə çıxış əldə edə bilirlər. Həm portal, həm də mobil tətbiq vasitəsilə sənədləri PDF formatında yükləmək və rəqəmsal şəkildə istifadə etmək mümkündür.

Tədbir çərçivəsində qarşıda duran məsələlər müzakirə olunub, vətəndaş cəmiyyəti institutlarının təklifləri dinlənilib və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər