Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
Far.Az xəbər saytı

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?


2025-ci ildə Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən qız və oğlan adları məlum olub.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Təqdim olunan statistikaya əsasən, qız uşaqları arasında Melisa, Zeynəb və Məryəm, oğlan uşaqları arasında isə Uğur, Raul və Hüseyn adları daha çox seçilib.

Qız adları arasında ilk onluqda, həmçinin Zəhra, Nilay, Aylin, Ayla, Alisa, İnci və Fatimə yer alıb.

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Oğlan uşaqlarına ən çox verilən adlar siyahısına isə Uğur, Raul, Hüseyn, Əli, Yusif, Miran, Ömər, Ayxan, Tunar və Murad daxil olub.

Statistik göstəricilər valideynlərin körpələrinə ad seçimi zamanı üstünlük verdikləri adları əks etdirir.

Oxşar xəbərlər

Son beş ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub - SİYAHI
Bu il yeni doğulan uşaqlara ən çox hansı adlar qoyulub?
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər