"Bank of Baku" növbəti ağacəkmə aksiyasını təşkil edib
Far.Az xəbər saytı

"Bank of Baku" növbəti ağacəkmə aksiyasını təşkil edib


"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" - ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən "Bank of Baku" növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb.

"Bank of Baku"nun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 26 oktyabr tarixində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası baş tutub.

Bankın rəhbər şəxslərinin və əməkdaşlarının iştirak etdiyi aksiyada Bakı-Abşeron bölgəsinin torpaq-iqlim şəraitinə uyğun 100 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

"Bank of Baku"nun hər il ənənəvi olaraq reallaşdırdığı bu aksiyanın məqsədi ölkəmizdə aparılan yaşıllaşdırma işlərinə töhfə vermək, ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin təşviqinə dəstək olmaqdır.

"Təbiətə Yaxın Bankçılıq" şüarını özünün əsas mesajlarından birinə çevirən Bank gələcəkdə də ekoloji maarifləndirməyə, ətraf mühitin qorunmasına və dayanıqlı gələcəyə xidmət edən sosial məsuliyyət layihələrini davam etdirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, "Bank of Baku" ağacəkmə aksiyaları ilə yanaşı, Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi aksiyalarını da təşkil edib.

Oxşar xəbərlər

"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
"SOCAR Midstream" ağacəkmə aksiyası keçirib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər